Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının "Açılış zəngi” mərasimində iştirak etmək məqsədilə Daşkəsən rayonuna gedib.
Anews.az xəbər verir ki, əvvəlcə Daşkəsən İH-nin başçısı Əhəd Abıyevlə İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.
İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun Daşkəsən rayonunda qara metallurgiya sanayesində qarşıda görüləcək işlər barədə çıxış edərək geniş məlumat verib, qısa müddət ərzində "Daşkəsən” dəmir filizi mədəninin müasir beynəlxalq standartlara uyğun yüksək səviyyədə işə salınacağını bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !