Mikayıl Cabbarov icra başçısının oğlunu işdən çıxartdı

11:52 | 01.02.2018
Mikayıl Cabbarov icra başçısının oğlunu işdən çıxartdı

Mikayıl Cabbarov icra başçısının oğlunu işdən çıxartdı

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən azad olunub.

Missiya.az xəbər verir ki, Elnur İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib.

Qeyd edək ki, mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi verilən Elnur İsgəndərov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı.

O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında sabiq vergilər naziri Fazil Məmmədov tərəfindən təyin edilmişdi. Elnur İsgəndərov Fazil Məmmədovun bacısı oğludur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM