Milan avtobuslarında Xocalı kampaniyası - FOTOLAR

09:58 | 23.02.2015
Milan avtobuslarında Xocalı kampaniyası - FOTOLAR

Milan avtobuslarında Xocalı kampaniyası - FOTOLAR

 Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalı faciəsini 23-cü ildönümü ilə bağlı İtaliyanın Milan şəhərində silsilə tədbirlər kampaniyası davam edir.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, artıq 3 gündür ki, Milan şəhər nəqliyyatının 166 marşurutunda Xocalı facisəni əks etdirən, üzərində "Xocalıya Ədalət” şüarı olan avtobus, tramvay və trolleybuslar relsə çıxırlar. Onu da qeyd edək ki, bu marşrutların hərəkət trayektoriyası şəhərin bütün yaşayış məntəqələrini  əhatə edir. O cümlədən 6 marşrut bütün sutka ərzində və şəhərboyu dairəvi hərəkətdədir. Şəhər Nəqliyyat Departamenti ilə bağlanan müqaviləyə əsasən, stiker və bannerlər daha 2 həftə ərzində marşutlarda saxlanılacaq.
 
 
Bundan başqa bir həftədən çoxdur ki şəhər sakinləri arasında Xocalı soyqırımına həsr olunmuş məlumat bukletləri paylanmaqdadır. 15 min tirajla çap edilmiş bu bukletlərin böyük hissəsi səhərin əksər teatr və mədəniyyət mərkəzlərində, ictimaiyyətin sıx olduğu yerlərdə, ictimai nəqliyyatda paylanılıb. Bu aksiya 24 fevrala kimi davam etdiriləcək.  Fevralın 24-də isə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Milan şəhərinin mərkəzində yerləşən məşhur "Teatr Filodrammatici” Teatrında "Xocalıda qırmızı mələk” adlı tamaşanın premyerası, premyeraya qədər isə Xocalı faciəsinə həsr olunmuş sərgi təşkil ediləcək.

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM