"Milan"ın müdafiəçisi Rikardo Rodriges karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
PSV-nin təklifini qəbul etməyən İsveçrə millisinin sol cinah oyunçusu "Fənərbaxça" ilə anlaşıb. Razılığa görə, 28 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunun formasını geyinəcək.
"Sarı-lacivərdlilər" onu yayda birdəfəlik transfer etmək istəsələr, qarşı tərəfə 6 milyon avro ödəməli olacaqlar.
Qeyd edək ki, Rikardo Rodrigesin "Milan"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !