Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilməsi nəzərdə tutulan plenar iclası təxirə salınıb.
MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 8-nə təyin olunan iclasın vaxtının dəyişdirilməsinə səbəb deputatların bir hissəsinin ayrı-ayrı ölkələrdə ulu öndər Heydər Əliyevlə bağlı keçirilən təbdirlərdə iştirak etmələridir.
Qeyd edək ki, Milli Məclisin mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ - "Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !