Türkiyənin ekologiya və şəhərsalma naziri İdris Gülücə millət vəkilliyinin qazanclı bir iş olmadığını, hətta aldıqları maaşın ayın axırına qədər çatmadığını deyib.
ANS PRESS-in məlumatına görə, Güllücə bu barədə AKP millət vəkili Əhməd Yeni adına qız imam-xətib litseyinin açılışı zamanı çıxışında danışıb.
Nazir Güllücə çıxışına, "Allah xeyirlərinizi qəbul etsin!” – deyərək başlayıb.
"Allah xeyirlərinizi qəbul etsin. Nə xoş sizə ki, bu cür xeyirxah addım atmısınız. Amma heç kim hesab etməsin ki, m illət vəkilliyi qazanclı-pullu işdir. Fikirləşirsiniz ki, millət vəkili olduğunuz zaman çox pulunuz olacaq. Millət vəkili maaşını ayın axırına zorla çatdırır. Onu da deyim ki, bu xeyir işləri pul çoxluğu ilə yox, ürək çoxluğu ilə olur. Neccə pullar var ki, çuvallara sığışmır, amma Allah onlara xeyir iş də nəsib etmir. Buna görə də Əhməd Yeni və həyat yoldaşı Əminə Yenini təbrik edirəm”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !