• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Millət vəkili Ramil Həsən - uşaq oğurluğunda iştirak edib

Millət vəkili Ramil Həsən - uşaq oğurluğunda iştirak edib
23.03.2020 11:12

Millət vəkili Ramil Həsən bir daha böyük skandala qarışdı. Amma bu dəfə uşaq oğurluğu ilə.

Moldova hüquq-mühafizə orqanları Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsənin adına cinayət işi açıb. O, 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutan Moldova Respublikası Cinayət Məcəlləsinin 207-ci maddəsi "Uşaqların ölkədən qanunsuz aparılması" ilə ittiham olunur. Həyat yoldaşı, Milli Məclisin deputatı Ramil Həsənin bu işdə əlbir olduğu görünür.

Ramil Həsən və hazırkı həyat yoldaşı Yekaterina Moldovadan Ukraynaya konstitusiya orqanları tərəfindən nəzarət olunmayan Dnestryanı ərazi vasitəsilə qaçıb. Onlar Yekaterinanın beş yaşlı qızını qanunsuz olaraq özləri ilə aparıblar. Buna səbəb Kişinyov Apelyasiya Məhkəməsinin qərarı olub. Hakimlər qərar verib: qız atası ilə yaşamalıdır.

Məlumdur ki, cütlük Bakıda Moldova ədalət məhkəməsindən gizlənir. Həmçinin məlum olub ki, qız əvvəllər Dnestryanı ərazisindən keçirilərək bir neçə dəfə Moldovadan gizli şəkildə çıxarılıb. Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinə edilən sorğuya verilən rəsmi cavab da sübut edir. Bu vaxt, məhkəmə, atanın xeyrinə qərar verilməmişdən əvvəl, uşağın onun razılığı olmadan ölkədən çıxarılmasına qadağa qoyub.

Məlumdur ki, beş yaşlı qız müstəqil şəkildə xaricə gedə bilməz. Qeyri-rəsmi məlumatlara görə, Ramil Həsən uşağın Moldovadan qeyri-qanuni aparılmasını ört-basdır etmək üçün dəfələrlə diplomatik pasportdan istifadə edib.

Qeyd edək ki, bir neçə həftə əvvəl azərbaycanlı deputat şübhəli əmək haqqı sənədi ilə qalmaqala qarışmışdı. Ramil Həsənin məhkəməyə təqdim etdiyi sənəddə onun beynəlxalq biznesin inkişafı üçün çalışdığı və Bakıda yerləşən Etna Group şirkətinin icra komitəsinin üzvü olduğu və 11 min dollar maaş aldığı bildirilib. Qarşı tərəfin nümayəndələri Ramil Həsənin çox güman ki, Moldova ədalət məhkəməsini aldatdığı və ya əksinə Azərbaycanda vergi ödəməkdən yayınması ilə bağlı arqumentlər təqdim edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Dünya 09:04
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Dünya 08:57
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Dünya 08:49
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Ərdoğan Zəngəzur dəhlizindən danışıb
Dünya 23:54
Ərdoğan Zəngəzur dəhlizindən danışıb
Qəzzada 5 beynəlxalq media əməkdaşı həlak olub
Dünya 23:50
Qəzzada 5 beynəlxalq media əməkdaşı həlak olub
İsveçrə poçtu ABŞ-yə bağlama göndərmə xidmətlərini dayandırıb
Dünya 23:30
İsveçrə poçtu ABŞ-yə bağlama göndərmə xidmətlərini dayandırıb
Hamburq limanı ərazisində yanğın baş verib
Dünya 22:33
Hamburq limanı ərazisində yanğın baş verib
Tramp Çinə səfərə edəcək
Dünya 22:24
Tramp Çinə səfərə edəcək
Tramp Kim Çen In ilə görüşmək niyyətindədir
Dünya 22:23
Tramp Kim Çen In ilə görüşmək niyyətindədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol