Millət vəkili: “Siqaretin qiyməti qalxmalıdır”

17:45 | 19.11.2014
Millət vəkili: “Siqaretin qiyməti qalxmalıdır”

Millət vəkili: “Siqaretin qiyməti qalxmalıdır”

“Azərbaycanda siqaretin qiyməti bahalaşmalıdır”.ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Quliyev dilə gətirib.Onun sözlərinə görə, dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır: “2010 -cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün isə ölkədə yoxsul səviyyəsində yaşayan insan yoxdur. Bu məqamlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir”.Deputat bu məqamları əsas götürərək qeyd edib ki, tütün məhsullarında aksiz və əlavə dəyər verilərinin (ƏDV) artırılmasına ehtiyac var: “Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür