Bu gün Argentina Futbol Federasiyasının (AFA) prezidenti Xulio Qrondona ölüb.
82 yaşlı mütəxəssis ürək tutmasından dünyasını dəyişib. AFA-ya müvəqqəti rəhbər Luis Sequran təyin edilib.Argentina Futbol Federasiyası 7 günlük matəm elan edib. Bu həftə ölkə çempionatının bütün oyunları ləğv edilib. "Argentina və mənim ücün çox kədərli gündür. AFA prezidenti Xulio Qrondona bizi tərk etdi. Başsağlığımı onun yaxınlarına və dostlara bildirmək istəyirəm", - deyə Lionel Messi Facebook səhifəsində yazıb./ANS/
Bizi sosial şəbəkələrdə izləyin !