Azərbaycan Milli Depozit Mərkəzi (MDM) QTSC-nin təşkilati-hüquqi forması dəyişdirilib.
"Report"un xəbərinə görə, MDM qeyri-kommersiya hüquqi şəxsə çevrilib.
Qeyd edək ki, MDM-in missiyası ölkənin kapital bazarlarının infrastruktur inkişafını dəstəkləyən, tam müştəri yönümlü, etibarlı, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan post-ticarət xidmətlərinin göstərilməsini təmin edəcək qiymətli kağızlar üzrə aşağı-riskli, dəqiq və çevik saxlanc və hesablaşma sisteminin formalaşdırılmasıdır.
Bu ilin 1 iyul tarixinə MDM-də saxlanılan aktivlərinin həcmi 15,7 mlrd. manat təşkil edib.
MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yaradıldıqdan sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !