Milli Məclis 12 iyunu qeyri-iş günü elan etmədi

15:21 | 15.05.2015
Milli Məclis 12 iyunu qeyri-iş günü elan etmədi

Milli Məclis 12 iyunu qeyri-iş günü elan etmədi

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi ilə bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, məsələ əvvəlcə iclasın gündəliyində yer alsa da, sonradan gündəlikdən çıxarılıb:

"Məsələ bugünkü iclasın gündəliyindən çıxarılıb. Növbəti iclasların gündəliyinə salınıb-salınmaması ilə bağlı hələ məlumat yoxdur”.

Qeyd edək ki, iyunun 12-də "Bakı 2015” I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.

12:09

Birinci Avropa Oyunlarının açılışı günü, iyunun 12-si qeyri-iş günü olacaq.

Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib.

Qanun layihəsi bu gün parlamentin plenar iclasında müzakirə ediləcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM