Milli Məclis hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb

10:54 | 18.01.2024
Milli Məclis hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Milli Məclis hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Milli Məclis Fransaya qarşı sanksiyaların tətbiq edilməsi üçün hökumətə çağırış edib. Bu barədə  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda deyilir. 
 
Bəyanatda həmçinin  Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması, Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılması,Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsi, Xarici İşlər Nazirliyinə, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atılması təklif edilib.
 
Yanvarın 17-də Fransa Senatı Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib, həmçinin ötən ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatla əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb.
 
Bundan əvvəl  Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, Fransa Azərbaycan və Ermənistan arasındakı sülh istimqamətində olan prosesləri münasibəti ilə kölgə salır. 
 
Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı "persona-non-grata” elan edilib. Bundan sonra Fransa Azərbaycanın Fransadakı səfirini çağıraraq verilən qərarı rədd etməklə Azərbaycan səfirliyinin 2 əməkdaşını non qrata elan edib. 
 
Bir gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov mətbuat üçün keçirdiyi konfrasda Fransa Azərbaycan münasibətlərinə cavab olaraq bildirib ki, Fransa Azərbaycanla bağlı dəyişik mövqe sərgilədiyi təqdirdə Azərbaycanın Fransa ilə münasibətləri barəsində proqnoz vermək olar.
 
Dekabrın 26-da Milli Məclisin plenar iclasında bir neçə deputat Fransada Natavanın heykəlinin sökülməsinə qarşı çıxaraq bunu Azərbaycan mədəniyyətinə qarşı hörmətsizlik adlandırıb. 

Deputat Tahir Kərimli təklif edib ki, Fransa rəsmi qaydada qeyri-dost ölkə elan edilsin. 


Dekabrın 21-də Azərbaycanda Fransanın cəsus şəbəkəsi ifşa olunub. 

Noyabrın 21-də Azərbaycan Prezidenti Bakıda keçirilən beynəlxalq konfransada bildirib ki, Fransa Qafqazda yeni müharibənin başlaması üçün şərait yaradır.
 
Əliyevin sözlərinə görə, Fransa da BMT Təhlükəsizlik Şurasındakı mövqeyindən müxtəlif regionlarda "geosiyasi intriqalar” üçün istifadə edir və Qərb təşkilatlarından Paris digər ölkələrə təzyiq göstərmək üçün istifadə edir.
 
Gülnar Nazimqızı 

 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM