Milli Məclis minimum əmək pensiyasının 280 manat olmasını təsdiqləyib

13:34 | 01.02.2023
Milli Məclis minimum əmək pensiyasının 280 manat olmasını təsdiqləyib

Milli Məclis minimum əmək pensiyasının 280 manat olmasını təsdiqləyib

"Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliyə görə 2023-cü ilin fevralın 1-dən əmək pensiyasının minumum məbləği 240 manatdan 280 manata çatdırılır. Bu barədə Milli Məclis minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsini müzakirəyə çıxararaq təsdiqləyib.

Qeyd olunan dəyişiklik üzrə artım 100 min təqaüdçüyə aid olacaq.
 
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılmışdı.
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM