Milli Məclisdən kursantlarla bağlı mühüm qərar

13:15 | 04.12.2014
Milli Məclisdən kursantlarla bağlı mühüm qərar

Milli Məclisdən kursantlarla bağlı mühüm qərar

Azərbaycanda kursantlar ictimai işlərə və inzibati cəriməyə cəlb edilməyəcəklər.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilməsi nəzərdə tutulur.

İXM-in 15.3-cü maddəsinə ediləcək əlavəyə görə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ictimai işlər və və inzibati cərimə tətbiq edilə bilməz. Xüsusi təyinatlı təhsil müəssisələrinin kursanlarına ictimai işlərə cəlb edilə bilməməsi 28-1.3.5-ci maddədə də əks olunub.

15.3-cü maddənin "Qeyd” hissəsinə edilən əlavəyə görə isə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursanları da hərbi qulluqçu hesab ediləcəklər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür