Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı APA-ya deyib ki, onlar aksiyanın mayın 23-də keçirilməsi il bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təklifini qəbul etməyiblər.
F. Qəhrəmanlı deyib ki, bu barədə qərar bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında verilib. Milli Şura mayın 31-də aksiya keçirilməsi ilə bağlı qərar qəbul edib. Mayın 18-də bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.
Qeyd edək ki, BŞİH Milli Şuranın mitinq keçirməsi ilə bağlı müraciəti müsbət cavablandırıb və mayın 23-də saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.
Lakin Milli Şura bu tarixdə aksiya keçirməkdən imtina edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !