Futzal üzrə Azərbaycan millisinin və "Araz” klubunun üzvü Eduardo Mello Borqes karyerası ilə bağlı yeni qərar verib.
Oxu.az xəbər verir ki, braziliyalı legionerimiz qarşıdakı mövsümü Fransa çempionatında keçirəcək.
Belə ki, mayda "Araz”la müqaviləsi başa çatmış müdafiəçi Fransanın AKKES klubu ilə anlaşıb. Bu barədə klubun "Twitter” səhifəsi məlumat yayıb.
Qeyd edək ki, 31 yaşlı Edu 2013-cü ildən millinin formasını geyinir. O, üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandasının uğur qazanması üçün çalışıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !