2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər futzal üzrə Azərbaycan milli komandasının və "Araz” klubunun baş məşqçisi olmuş Tino Peres İtaliya çempionu olub.
Oxu.Az xəbər verir ki, İtaliyanın "Akva e Sapone” komandasını çalışdıran təcrübəli mütəxəssis ölkəmizdən sonra növbəti titulunu qazanıb.
Onun rəhbərliyi altında komandası pley-off seriyasında "Luparense”ni qabaqlayıb və İtaliya çempionu olub.
Qeyd edək ki, ispaniyalı baş məşqçi eyni uğuru ölkəmizdə Naxçıvanın "Araz” komandası ilə də yaşayıb. Bundan başqa, Tino Peres Azərbaycan millisinə Kolumbiyada keçirilmiş dünya çempionatına vəsiqə qazandırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !