Milyarderə ölüm cəzası verildi

21:49 | 23.05.2014
Milyarderə ölüm cəzası verildi

Milyarderə ölüm cəzası verildi

Çində milyarderə ölüm cəzası oxunub.

Anspress-in xəbərinə görə, milyarder Lyu Han və qardaşı Lyu Veyin cinayətkar qrupa başçılıq etdikləri məlum olub. İstintaqın gəldiyi nəticəyə görə, cinayətkar qrup 1993-cü ildən silsilə cinayətlər törətməkdə təqsirli bilinib. Ölüm hökmü Hubey əyalətinin Sinyanin şəhər məhkəməsində oxunub. 

Milyarder Lyu Hanla birgə müttəhimlər kürsüsündə əyləşən daha 9 nəfərə hökm oxunub. Onlardan ikisinin ölüm çəzası iki il sonraya təxirə salınıb. Məhkəmə hakimi deyib ki, bəlkə həmin iki nəfər iki il ərzində peşman ola bilərlər. Lyu Han və Lyu Vey qardaşları və digər üç nəfər isə hakimin bu mərhəmətinə layiq görülməyiblər. 

Səs küylü cinayət işində ümumilikdə 36 nəfər təqsirli bilinib. Məhkəmə hökmünə görə, onlar adam oğurluğu, öldürülməsi, rüşvətxorluq və digər ağır cinayətlərlə məşğul olublar. Həbs olunanlar içərisində iki sabiq polis işçisi və prokuror da olub ki, onlar cinayətkar dəstəninin əməllərini ört basdır ediblər. 

Lyu Han Siçuan vilayətində fəaliyyət göstərən ən məşhur “Hanlun” şirkətinin İdarə heyətinin sədri olub. Lyu Han Fobrbers jurnalının alternativi olan, “Hujun” jurnalının 2012-ci il siyahısında Çinin ən varlı adamları sırasında 230-cü yeri tutub. Bundan əlavə o, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun daimi üzvü olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti