Milyarderlər hansı kitabları oxuyurlar?

22:31 | 03.06.2014
Milyarderlər hansı kitabları oxuyurlar?

Milyarderlər hansı kitabları oxuyurlar?

“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq yazıçı Orson Skott Kardın “Enderin oyunu” əsərini təkrar-təkrar oxumaqdan zövq alır. Bu elmi-fantastik roman yerlilərlə yadplanetli işğalçıların “əbədi” mübarizəsinə həsr olunub.

Bill Geyts Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını sevə-sevə oxuyur.  Amerika gerçəkliyinə, cəmiyyət qaydalarına və ictimai rəyə etiraz edən on altı yaşlı yeniyetmə Holden barədə əhvalat onu bu gün də heyran edir. 

Larri Ellison siyasət və tarixlə maraqlanır. Buna görə də onun seçimi Vinsent Kroninin “Napoleon” əsəridir. Qeyd edək ki, müəllif Bonapartı müsbət qəhrəman – novator, islahatçı və ümumiyyətlə, mədəni şəxsiyyət kimi təqdim edir.

Donald Tramp zaman-zaman Norman Vinsent Pilin “Pozitiv düşüncənin gücü” əsərinə qayıdır. Bu, milyarderin stolüstü kitabıdır. Əsər problemləri çözməyə imkan verən müxtəlif ruhi təcrübələrin sirlərini mənimsəməyə, özünə əminlik qazanmağa, uğura gedən yolu tapmağa yardım göstərir.

“Tvitter”in yaradıcısı Cek Dorsi Atul Qavandenin kitabını daha çox mütaliə edir. Görünür, milyarder elə belə yoxlamaların sayəsində uğur qazandığını unutmayıb.

 Tim Kukun sevimli kitabı  Corc  Stokun “Zamana qarşı rəqabət apararkən”dir. Bu əsər “Apple”ın hazırki rəhbərinə uğurlu biznesin əsaslarını öyrənməkdə yardım edib.

Uorren Baffet daha praqmatikdir. Milyarder ən çox Meqqi Maharın “Öküz! Bum və iflas tarixi” kitabını sevir. Bu əsər müəyyən zaman kəsiyi üçün fond bazarının darıxdırıcı araşdırmasından ibarətdir. Kitaba məşhur fondların rəhbərlərinin şərhləri də daxil edilib.

 

1937.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM