Mingəçevirdə gəzinti qayığında partlayış baş verib, xəsarət alanlar var - Yenilənib

08:35 | 16.06.2024
Mingəçevirdə gəzinti qayığında partlayış baş verib, xəsarət alanlar var - Yenilənib

Mingəçevirdə gəzinti qayığında partlayış baş verib, xəsarət alanlar var - Yenilənib


Dünən axşam saatlarında Mingəçevirdə gəzinti qayığında yanğınla müşayiət olunan partlayış baş verib.

"Qafqazinfo”nun məlumatına görə, qəza baş verən qayıqda 10 nəfər xəsarət alıb.

Goranboy rayon sakinləri 1982-ci il təvəllüdlü Şirinov Emil Arzu oğlu, 1987-ci il təvəllüdlü Əhmədova Kamilə Akif qızı, 2011-ci il təvəllüdlü Şirinov Həsən Emil oğlu, Ağdam rayon sakini Məhərrəmov Sahil Emin oğlu, 2018-ci il təvəllüdlü Xocalı rayon sakini Orucova Afət Seymur qızı, 1990-cı il təvəllüdlü Orucova Nəzakət Mərkəz qızı, 2014-cü il təvəllüdlü Orucov Əli Seymur oğlu və qayıqçı olmaqla 10 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Sakinlər bildiriblər ki, bu artıq Kür çayında 3-cü belə hadisədir.
***
TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevirdə baş verən hadisə ilə əlaqədar saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb