Misir uduzdu, futbolçunun ürəyi partlayıb öldü

23:55 | 25.06.2018
Misir uduzdu, futbolçunun ürəyi partlayıb öldü

Misir uduzdu, futbolçunun ürəyi partlayıb öldü

Misirin "Zamalek” futbol klubunun keçmiş oyunçusu və kapitanı DÇ-2018 çərçivəsində Misir və Səudiyyə yığmaları arasında keçirilən matça baxan zaman dünyasını dəyişib.
Oxu.Az "News.ru”ya istinadən xəbər verir ki, bu haqda misirli jurnalist Volqoqradda oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Əbdül Rəhim Məhəmməd Misirin son saniyələrdə buraxdığı qoldan sonra ürək tutmasından keçinib.
Qeyd edək ki, Salahlı Misir yığması hər üç turda rəqiblərinə məğlub olaraq, qrupda qalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM