Misirin keçmiş müdafiə naziri general Abdel Fəttah əl-Sisi ölkədə keçirilmiş prezident seçkilərinin qalibi olub.APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatı Misirin Mərkəzi Seçki Komissiyası yayıb. Məlumata görə, Abdel Fəttah əl-Sisi 96,91% səs toplayıb. Onun əsas rəqibi Həmdin Səbbahi isə seçicilərin 3,09 faizinin etimadını qazana bilib. MSK-nın məlumatında həmçinin bildirilib ki, səsvermədə seçicilərin 47 faizi iştirak edib. İlkin məlumata görə, səsvermədə 25 milyonadək insan iştirak edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !