Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya”nın "Misli” brendi idmanın inkişafı naminə keçirilən daha bir tədbirin — "GoalPlus SummerFest 2024”də U-19 və U-23 yarışlarının sponsorudur.
Artıq dördüncü ildir ki, bu festival idman həvəskarlarını bir araya gətirir və ötən il 16 000-dən çox izləyicinin marağına səbəb olub. Bu il isə tədbirdə 20 000-dən çox iştirakçının olması gözlənilir.
Festival çərçivəsində futbol, basketbol, voleybol, elektron idman oyunları və digər bir çox idman növlərində turnirlər həyata keçiriləcək. Futbol üzrə dörd liqada 88 komanda və 1000-dən çox idmançı mübarizə aparacaq. Xüsusi olaraq "Goal+Cup” turniri "Misli Cup" adlanacaq.
Festival boyu müxtəlif əyləncə zonalarında bir-birindən maraqlı oyunlar təşkil olunacaq. Həmçinin burada futbol üzrə Avropa Çempionatının oyunları canlı yayımlanacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !