BŞİH Milli Şuranın bahalaşma ilə əlaqədar keçirəcəyi mitinqin saatında dəyişiklik edib. Qaynar.info xəbər verir ki, bu barədə Milli Şuranın üzvü Tural Abbaslı facebookda yazıb: "Gözlənildiyi kimi, məni, Seymur Həzini ve Xəzər Teyyubu bu gün saat 5-ə Bakı Şəhər Baş Polis İdarəsinə mitinqlə bağlı Səhlab Bağırovla görüşə dəvət etdilər. Bu arada vacib bir xatırlatma da edim ki, ayın 15-nə təyin olunmuş mitinqin vaxtı Baki İcra Hakimiyyəti tərəfindən saat 16:00 -18:00 dan 14:00-16:00 dəyişdirilib".Qeyd edək ki, bundan əvvəl mitinqin saatı 16:00-dan 18:00 kimi nəzərdə tutulmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !