Miyopiyaya yoluxan uşaqların sayı getdikcə artacaq

16:38 | 26.09.2024
Miyopiyaya yoluxan uşaqların sayı getdikcə artacaq

Miyopiyaya yoluxan uşaqların sayı getdikcə artacaq

2050-ci ilə qədər 740 milyona qədər uşaqlar və yeniyetmələrin miyopiyanın( uzağı zəif görmə xəstəliyi) tutulacağı gözlənilir. Bu barədə alimlərin araşdırmasında qeyd olunub. 
 
British Journal of Ophthalmology jurnalında dərc edilən təhlilə görə, şəhər yerlərində yaşayan qızlar, uşaqlar və ya yeniyetmələr bu xəstəliyə daha çox meyllidirlər.

Quançjoudakı Sun Yat-sen Universitetinin tədqiqatçılarının fikrincə, miopiya adətən erkən uşaqlıqda başlayır və yaşa dolduqca daha da pisləşir.

2023-cü ildə 50 ölkədə beş milyon uşaq arasında aparılan tədqiqatda 2 milyon uşaq miyopiya olduğu təsdiq edilib. 

Təhlil göstərdi ki, yayılma 1990-2000-ci illərdə 24%-dən 2001-2010-cu illərdə 25%-ə, ardınca 2011-2019-cu illərdə 30%-ə və 2020-2023-cü illərdə 36%-ə qədər kəskin artıb.

Miopiya adətən genetik səbəblərdən yarana bilər. Lakin ətraf mühit faktorları da miopiyanın artmasına təsir edə bilir. Miopiyanın meydana gəlməsinin digər səbəbləri həddindən artıq çox oxumaq, yaxın məsafədən işləmək, ətraf mühitin şəraitidir. Uşaqlarda 6 - 13 yaş aralarında əmələ gələn  miopiya bədənin böyüməsindən asılı olaraq arta bilər ki, bu da normal vəziyyət kimi qiymələndirilir.

Miopiya və astiqmatizmin əsas səbəblərindən biri keratokonus xəstəliyidir.
 
Alimlər hesab edir ki, uzun müddət kompüter və ya smartfondan istifadə edən uşaqlar daha çox risk altındadır.
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür