• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb
15.11.2024 18:51
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanına verilən sorğuya cavab gəlib.

Cavabda qeyd edilib ki, iş üzrə 143 milyonluq mənimsəmə ilə bağlı ümumilikdə 38 milyon 664 min manat ziyan ödənilib:

"İş üzrə təqsirləndirilən Nizami Məmmədov tərəfindən 12 milyon 203 min manat, Vüsal Əlizadə 101 min, Cəlal Kazımov isə 110 min manat dəymiş ziyandan dövlət büdcəsinə ziyan ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanının ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub".

General Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, iş üzrə şahid qismində dindirilən və Maliyyə və Büdcə idarəsinin keçmiş mühasibi olmuş Akif Umudov 210 min manat Nizami Məmmədovun adından zərər ödəyib:

"O məhkəmə zamanı da bildirdi ki, dəymiş ziyanı Nizami Məmmədovun adından ödəyib. Halbuki, istintaq orqanı həmin ziyanı hesablamayıb. Xahiş edirik ki, həmin ödəniş hesablansın".

İş üzrə məhkəmə istintaqının başa çatdığı elan edilib.Çıxış üçün söz dövlət ittihamçısına verilib, o, çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi noyabrın 22-də davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Cəmiyyət 14:36
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Audiovizual Şura MTV kanalı üçün məhkəməyə müraciət edib
Cəmiyyət 13:36
Audiovizual Şura MTV kanalı üçün məhkəməyə müraciət edib
Bağçalara işə qəbul üzrə keçid balları açıqlanıb
Cəmiyyət 12:54
Bağçalara işə qəbul üzrə keçid balları açıqlanıb
"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib
Cəmiyyət 12:48
"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:36
Sabahın hava proqnozu açıqlanıb
2 439 qadın mammoqrafiya müayinəsindən keçib - TƏBİB
Cəmiyyət 12:34
2 439 qadın mammoqrafiya müayinəsindən keçib - TƏBİB
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Cəmiyyət 12:09
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
22 regionda 3 minə yaxın qadın süd vəzi xərçəngi üzrə ilkin müayinədən keçib
Cəmiyyət 11:55
22 regionda 3 minə yaxın qadın süd vəzi xərçəngi üzrə ilkin müayinədən keçib
Məhkəmə Azər Maqsudovla bağlı hökm verib
Cəmiyyət 11:37
Məhkəmə Azər Maqsudovla bağlı hökm verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol