MN: İntiqam alınacaq - FOTOLAR

16:55 | 29.05.2014
MN: İntiqam alınacaq - FOTOLAR

MN: İntiqam alınacaq - FOTOLAR

Şəhid hərbçilərimizin dəfn mərasimləri baş tutubErməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlu bu gün Bakı şəhərində dəfn olunub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dəfn mərasimlərində Müdafiə Nazirliyinin, birlik, birləşmələrin və hərbi hissələrin şəxsi heyəti, yerli icra orqanlarının, ictimaiyyətin nümayəndələri də iştirak ediblər.Şəhidin vida mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani zabitin döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra "İgidliyə görə" medalı verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təqdim olunduğunu bildirib.Daha sonra Müdafiə Nazirliyinin İdarə rəisi polkovnik Rüfət Əmirov şəhidin xidmət yolundan, onun hərbi sahədə əldə etdiyi nailiyyətlərdən danışaraq kapitan Fikrət Məmmədovun nümunəvi zabit, mehriban ailə başçısı olduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb.Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə 2-ci Şəhidlər Xiyabanında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin doğmalarına təqdim edilib.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailələrinə, doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyir və əminliklə bildirir ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və onların intiqamı tezliklə alınacaqdır.Ermənilərin açdığı snayper atəşi nəticəsində dünən şəhid olmuş gizir Abilov Xudaverdi Fərhad oğlu mayın 28-də Sumqayıt şəhərində dəfn olunub.Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.Şəhidin yaşadığı binanın qarşısında vida mərasimi təşkil edilib. Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanına aparılıb.Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında şəhid son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM