Mobil bankçılıq üzrə əməliyyatların həcmi artıb

15:16 | 07.01.2024
Mobil bankçılıq üzrə əməliyyatların həcmi artıb

Mobil bankçılıq üzrə əməliyyatların həcmi artıb

2023-cü ilin yanvar-noyabrında ölkədə mobil bankçılıq üzrə 4 milyon 694 min manat həcmində 34 065 əməliyyat aparılıb. Bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.
 
2022-ci ilin eyni dövründə 2 milyon 9 min manatlıq 13 119 əməliyyat aparılıb. 
 
Əməliyyatlar son bir ildə məbləğ ifadəsində 2 milyon 685 min manat (2,3 dəfə), say ifadəsində 20 946 ədəd (2,6 dəfə) artıb.

Mobil bankçılıq üzrə 1 əməliyyatın həcmi 138 manat, əvvəlki ilin eyni dövründə isə 153  manat təşkil edib.
 
2023-cü ilin yanvar-sentyabrında Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 172 milyard manat təşkil edib.
 
Aytac
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM