Aprelin 28-dən biometrik pasportu olan moldovalılar Avropa Birliyinin Şengen ərazisinə vizasız gedib-gələ bilərlər. Onlar Şərq Tərəfdaşlığı ölkələri içində birinci olublar.
Avropa parlamenti və AB üzvləri dörd illik danışıqlardan sonra martda bu addımı təsdiqləyiblər. AB-nin daxili işlər üzrə komissarı Cecilia Malmstrom deyib ki, bu qərar «adamlar arasında ünsiyyəti asanlaşdıracaq və biznes, AB ilə Moldova arasında sosial və mədəni əlaqələri gücləndirəcək».
Moldovanın avropayönlü baş naziri Iurie Leanca bildirib ki, AB-nin həvəsləndirdiyi islahatlar və vizasız səyahət Dnestryanı «dondurulmuş münaqişə»nin həlli üçün ən yaxşı ümiddir. O, Moldovanın separatçı region üçün daha cəlbedici olacağını vurğulayıb.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !