Monserat Kabalye vergidən yayınmaqda şübhəli bilinir

09:01 | 30.04.2014
Monserat Kabalye vergidən yayınmaqda şübhəli bilinir

Monserat Kabalye vergidən yayınmaqda şübhəli bilinir

 Dünya şöhrətli opera ifaçısı Monserat Kabalye vergidən yayınmaqda şübhəli bilinərək  cinayət məsuliyyətinə cəlb oluna bilər. APA-nın qərb mətbuata istinadən verdiyi xəbərə görə,  Barselona şəhər prokurorluğunun iddiasına əsasən, 2010-cu ildə müğənni Moskva, Barselona və Cenevrədə bir sıra konsertlərdə iştirak edib, lakin İspaniya dövlət xəzinəsinə vergi ödəməmək məqsədilə müqavilələr Andorrada yerləşən şirkət vasitəsilə bağlanıb. Prokurorluğun iddiasında həmçinin qeyd olunur ki, Kabalye Andorrada da qeydiyyatda olmasına baxmayaraq,  vaxtının çox vaxtını Barselonada yaşayır, bu səbəbdən də o, gəlirlərinə dair vergi bəyannaməsini məhz İspaniyada təqdim etməlidir.   Prokurorluq hesab edir ki,  müğənni bu addımı İspaniya xəzinəsinə vergi ödəməkdən yayınmaq məqsədilə atıb.   Məlumata görə, Kabalyenin dövlət xəzinəsinə 508 min avro ödəməlidir. Qeyd edək ki, M. Kabalye Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər etdiyinə görə adı Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti