Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini stabil B1 səviyyəsində saxlayıb

12:30 | 08.05.2015
Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini stabil B1 səviyyəsində saxlayıb

Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini stabil B1 səviyyəsində saxlayıb


Son dərc olunmuş hesabata görə Moody’s beynəlxalq reytinq agentliyi Bank of Baku-nun umumi reytinqini stabil B1 səviyyəsində saxlayıb. Devalvasiyadan sonra ölkəmizin bir sıra banklarına verilən reytinqlərdə dəyişiklik olsa da Bank of Baku öz reytinqini saxlaya bilib.


Moody’s-in qənaətinə görə, reytinqin eyni saxlanmasına təsir edən əsas faktorlar "Bank of Baku” ASC-nin bazarda fəaliyyət göstərən eyni dərəcəli rəqib banklarla müqayisədə daha keyfiyyətli aktivlərə malik olması, gəlirlilik səviyyəsi və mümkün ola biləcək itkilərin qarşılanması üçün güclü kapitallaşma səviyyəsinə sahib olmasıdır.

Moody’s reytinq agentliyinin rəsmi hesabatı ilə aşağıdakı linklə keçərək ətraflı tanış ola bilərsiniz http://www.bankofbaku.com/az/about/reports/mezhdunarod-reiting/

"Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün "Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, habelə bankın www.bankofbaku.com korporativ saytına və www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində tanış ola bilərsiniz.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM