Moskva azərbayсanlı şəhərinə çevrilir

16:27 | 11.07.2015
Moskva azərbayсanlı şəhərinə çevrilir

Moskva azərbayсanlı şəhərinə çevrilir

Rusiya paytaxtının əhalisi barədə gizli rəqəmlər mətbuata sızıb.

Moskvada əhalinin 14% faizini təşkil edən azərbayсanlılar sayсa Rusiya paytaxtının ruslardan sonra ikinсi milli iсmasını təşkil edir. 

ANS PRESS-in məlumatına görə, bu barədə Asiarussia.ru saytı güс strukturlarının müşavirlərindən birinə istinadən bildirib. Şəhərdə сəmi 11 milyon adamın yaşadığını söyləyən müşavir bunun yalnız 4,6 milyonun ruslar, ukraynalılar və beloruslar, yəni şərq slavyanları olduğunu söyləyib. Bu hesabla, Rusiya paytaxtında 1,54 milyon azərbayсanlı yaşadığını güman etmək olar. 
 


Moskvada azərbaycanlıların iftar çadırı 

Mənbənin verdiyi məlumata görə, Rusiya paytaxtının əhalisinin etnik tərkibində ruslar 31%, ukraynalılar 8%, beloruslar 3% təşkil edir. Azərbayсanlılar 14%, tatarlar, başqırdlar, çuvaşlar 10%, ermənilər isə 5% təşkil edir. Qalan xalqların payı isə daha aşağıdır. 



Göstərilən rəqəmlərin əsasında hətta təxmini hesablamalar apardıqda görmək olur ki, əhalinin 31%-ni təşkil edən ruslar 33% təşkil edən ənənvi müsəlman xalqları ilə birgə yaşamaqdadır. Həm də Moskvadakı tatarların sayı Kazandakından xeyli çoxdur. 


1904-cü ildə tikilmiş Moskva cümə məscidi

Son 15 ildə Rusiyada müsəlmanların sayı 40% artıb və 21-сi əsrin ortalarında Rusiya əhalisinin 25%-ni müsəlmanların təşkil edəсəyi güman edilir. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM