Moskva metrosunda gediş haqqı bahalaşır

20:11 | 05.05.2014
Moskva metrosunda gediş haqqı bahalaşır

Moskva metrosunda gediş haqqı bahalaşır

Rusiyanın paytaxt metropoliteni 2014-cü ildə itkisiz işləmək tarifləri 87,7% qaldırmaq istəyir. ANS PRESS-in məlumatına görə, Rusiya KİV metronun rəhbəri İvan Besedin artıq bununla bağlı şəhər meri Maksim Luksutova məktubla müraciət müraciət edib. Besedinin sözlərinə görə, metro bütün inflyasiya proseslərini öz üzərində hiss edir. Tariflərin qaldırılması ilə qərar verərkən hər kəsin - yükdaşıyanların, maşinistlərin, moskvalıların və imtiyazlı sərnişinlərin maraqları nəzərə alınmalıdır. Moskva metropoliteninin rəhbəri qeyd edir ki, 2011-ci ildən gediş haqlarının qaldırılması üzərində düşünür.Moskva metropoliteni şəhər büdcəsindən subsidiyalar alır. 2014-cü ildə şəhər meriyası metroya 26 milyard rub ayırıb. Bu pulların imtiyazlı sərnişinlərin gediş haqlarının kompensasiyasına və metronun inkişafı üçün bəzi xərclərə sərf olunması nəzərdə tutulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM