Noyabrın 27-nə keçən gecə Rusiya paytaxtında “Ət Təkfir vəl Hicra” adlı təşkilatın 14 üzvü saxlanılıb.APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, əməliyyatı Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti Moskvanın Şərq dairəsində birlikdə keçiriblər. Saxlanılan şəxslərdən tapançalar, qumbaralar, patronlar və üç əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. “Ət Təkfir vəl Hicra”nın ötən ilin 70-ci illərində Misirdə qurulduğu və radikal islamçı təşkil olduğu bildirilir. Bu qurum 2010-cu ildə Rusiyada ekstremist təşkilat kimi tanınıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !