Moskvada əməliyyat: saxlanılanlar arasında azərbaycanlılar da var

Lyublinodakı “Moskva” ticarət mərkəzində aparılan reydlər nəticəsində mindən artıq miqrant saxlanılaraq polis bölmələrinə aparılıb.APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Rusiya DİN-dən bildirilib ki, miqrantların əvvəllər törədilmiş cinayətlərə aidiyyətinin olub-olmadığı, eləcə də Rusiya ərazisində olmalarının qanuniliyi yoxlanacaq. Yoxlama nəticəsində qeyri-leqal 100 miqrant müəyyən edilib ki, onların arasında azərbaycanlılar da var.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər