Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri GÖRÜŞDÜ

10:36 | 07.12.2022
Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri GÖRÜŞDÜ

Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri GÖRÜŞDÜ

Moskvada dekabrın 6-da Azərbaycan,Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçukun və Mher Qriqoryan arasında üçtərəfli işçi qrupunun 11-ci iclası keçiirlib. Bu barədə Rusiya mətbuatə məlumat yayıb. 
 
İclasda tərəflər Rusiyanın İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması səylərindəki müsbət rolunu qeyd ediblər.
 
Görüş zamanı Azərbaycan Respublikası, Ermənistan Respublikası, Rusiya Federasiyası arasında və regionda dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili məsələləri müzakirə edilib.
 
Tərəflər Ermənistan, Azərbaycan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər.
 
Üçtərəfli işçi qrupun əvvəlki görüşü iyunun 3-də Moskvada baş tutub.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb