Moskvada keçmiş SSRİ respublikaları vətəndaşlarının iştirakı ilə kütləvi dava –dalaş olub. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, polis qrup halında dava faktı üzər cinayət işi açıb. Hadisə ilə bağlı 450 mühacir tutulub. Mənbə bildirib ki, hadisə Moskvanın Testov küçəsində baş verib. Məlumata əsasən, başqa cinayətlərdə iştiraklarının yoxlanılması üçün həbs olunan mühacirlərin barmaq izləri götürülüb. Onların əmək qanunvericiliyinə uyğun olaraq, Moskvada yaşaması və işləməsi də yoxlanılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !