Moskvada yaşayan miqrantlara bəd xəbər

10:47 | 28.11.2013
Moskvada yaşayan miqrantlara bəd xəbər

Moskvada yaşayan miqrantlara bəd xəbər

Moskva metrosunun ətrafında miqrantları yoxlamaq üçün xüsusi məntəqələr quraşdırılacaq.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə millət vəkillləri təkliflə çıxış edəcəklər. Deputatlar miqrantların əksəriyyətinin Moskva metrosunun ətrafında toplaşmalarından narahat olduqlarını bildiriblər. Onlar hökümətdən paytaxt metrolarında miqrantlara qarşı nəzarəti gücləndirməyi tələb ediblər. Moskva Şəhər Dumasının Təhlükəsizlik Komissiyasının müdir müavini Sergey Qonçarov metro stansiyaların ətrafında və platformalrda toplaşan miqrantlar nəzarət etmək üçün Federal Miqrasiya Xidmətinin məntəqələrinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə bu yolla miqrantların sənədlərini yerindəcə yoxlamaq mümkün olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür