Rəsmi Moskvadan NATO-ya sərt cavab

19:50 | 05.02.2015
Rəsmi Moskvadan NATO-ya sərt cavab

Rəsmi Moskvadan NATO-ya sərt cavab


Beş min əsgərlik yardım

NATO-nun baş katibi Cens Stoltenberq  bugün Brüsseldə Ukrayna böhranıyla bağlı toplantıdakı açıqlamasında bildirib ki, NATO-nun Ukraynaya hərbi yardım etməsi, soyuq müharibədən sonra NATO-nun ən böyük hərbi yardımı olacaq.  

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynaya dəstək təşəbbüsünə 5 min əsgərlik yeni çevik qüvvələrin yaradılması və Polşa, Rumıniya və Bolqarıstanda kiçik komanda mərkəzlərinin qurulması planlaşdırılır.

Moskvadan sərt cavab

NATO-nun Brüssel toplantısına Moskvadan sərt cavab gəlib. Rusiyanın NATO-dakı xüsusi nümayəndəsi Aleksandr Qruşko, "çevik qüvvələrin yaradılması" qərarını müharibəyə hazırlıq kimi şərh edib.

Qərardan sonra danışacaq

Rusiya Dövlət Başçısı Vladimir Putin isə susqunluğunu qoruyub saxlayır. Kreml mənbələri bildirir ki, NATO-nun belə bir qərarı rəsmiləşdirməsindən sonra Rusiya lideri lazım olan şərhi verəcək. 

Poroşenkodan Qərbə müraciət 

Ukrayna prezidenti Petro Poroşenko Almaniyanın "Die Welt" qəzetinə verdiyi müsahibədə bildirib ki, NATO ölkələrini Ukraynaya silah yardımı etməyə çağırıb. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM