Rusiya FHN-dən verilən məlumata görə, yaxın saatlarda Moskvada hava pisləşəcək. Yağış və güclü külək, dolu və şimşəklə əlaqədar təcili xəbərdarlıq yayılıb.
Anews.az bu barədə Life-a istinadən xəbər verir.
FHN-də qeyd ediblər ki, qeyri-sabit hava şəraiti gecə yarısınadək davam edəcək. Bununla yanaşı, Moskvada yalnız leysan deyil, eləcə də, sürəti saniyədə 20 metrə çatacaq güclü külək də gözlənilir.
Güclü yağış və küləklə əlaqədar paytaxtda ağacların aşması, evlərin damlarının və elektrik naqillərinin zədələnməsi mümkündür.
Daha öncə sinoptiklər Moskvada ötən əsrin 50-ci illərindən indiyə qədər görünməmiş güclü yağışların olacağına dair xəbərdarlıq etmişdilər. Bununla əlaqədar paytaxtda təhlükənin narıncı səviyyəsi elan edilmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !