"Tottnehem”in baş məşqçisi Joze Mourinyo komandanın müdafiəçisi Deni Rosu ilə problem yaşayıb. "Qafqazinfo” xəbər verir ki, buna səbəb Mourinyonun "Uotford” matçında oyunçunun adını iştirak ərizəsinə daxil etməməsi olub.
Deni Rous portuqaliyalı mütəxəssisdən onu niyə oynatmadığını soruşub. Bundan sonra tərəflər arasında söz davası olub. Hətta digər oyunçular da komanda yoldaşlarının bu cür davaranmasına narazılıq ediblər.
Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə bitib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !