"Mourinyonun karyerama güclü təsiri olub" - Lempard

20:45 | 25.09.2018

"Mourinyonun karyerama güclü təsiri olub" - Lempard

Çempionşip təmsilçisi "Derbi Kaunti"nin baş məşqçisi Frenk Lempard İngiltərə Liqa kubokunda "Mançester Yunayted"ə qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sabiq "Çelsi”li futbolçu MY-nin güclü komanda olduğunu bildirib. Lempard "goal.com”a açıqlamasında bunları deyib:

"Səbirsizliklə bu oyunu gözləyirəm. "Mançester Yunayted” güclü komandadır. Joze Mourinyo kimi məşqçiyə sahibdirlər. Mourinyonun karyerama güclü təsiri olub. Ondan çox şey öyrənmişəm. Azarkeşlərin zövq alacağı bir oyun sərgiləmək istəyirik”.

Karyerası ərzində "Vest Hem”, "Çelsi”, "Suonsi”, "Mançester Siti” kimi komandalarda top qovmuş Lempardın futbolçu kimi son iş yeri MLS təmsilçisi "Nyu-York Siti” olub.

Lempard may ayında "Derbi Kaunti”nin "sükanı arxasına” keçib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti