Milli Məclisin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanına səfər zamanı Məkkədə, Mədinədə yerləşən müqəddəs yerlərdə ziyarətdə olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Səudiyyə Ərəbistanında səfər edərkən Ümrə ziyarətində olub.
Gənclər və idman naziri Azad Rəhimov 3 dəfə Ciddə şəhərində İslam Həmrəylik Təşkilatlarının iclaslarında iştirak edib. Bu zaman fürsətdən istifadə edərək Məkkə ziyarətində olub. Bütün rituallara əməl edib.
Mədəniyət və turizm naziri Əbülfəs Qarayev Məkkə, Mədinə və Məşhəddə yerləşən müqəddəs yerlərdə bir neçə dəfə ziyarətdə olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəsmi səfər çərçivəsində iki dəfə Məşhəddə olub.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dini ziyarətgahlarda olmamağına baxmayaraq, savab işlər görür. Xüsusilə kimsəsiz uşaqlara göstərilən qayğını təqdir edir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Modern.az-a açıqlamasında heç vaxt dini ziyarətgahlarda olmadığını deyib.
Nəqliyyat naziri Ziya Məmmədov Məkkədəki Kəbə ziyarətində olub. Azərbaycanın tanınmış pirlərində, o cümlədən Mir Mövsüm Ağanın ziyarətgahında da olub.
Nəqliyyat Nazirliyindən deyiblər ki, Ziya Məmmədov müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yaxşı bilir. Eyni zamanda, Ziya Məmmədovın ən çox sevdiyi hədiyyə Qurani-Kərim kitabıdır.
Bu vaxta qədər müqəddəs yerləri ziyarət etməyənlər arasında daxili işlər naziri Ramil Usubov, səhiyyə naziri Oqtay Şirəliyev, Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov var.
Bir sıra nazirliklərdən isə bildiriblər ki, bu mövzuya toxunmayaq.
Qeyd edək ki, məlumatlar Modern.az saytına nazirliklərdən verilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !