Misirin Ali İnzibati Məhkəməsi “Müsəlman qardaşlar”ın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının ləğv edilməsi haqqında yekun qərar çıxarıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, əslində partiya fəaliyyətini 2013-cü ilin noyabrında dayandırmışdı.
O vaxt Ali Hakimlər Kollegiyası onun ləğv edilməsini tövsiyə etmişdi.
Misir qanunlarına əsasən, dini prinsiplər üzrə partiya yaratmaq yolverilməzdir.
Oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !