MSK - Seçkidə 76, 73% vətəndaş səs verib - Yenilənib

21:51 | 07.02.2024
MSK - Seçkidə 76, 73% vətəndaş səs verib - Yenilənib

MSK - Seçkidə 76, 73% vətəndaş səs verib - Yenilənib

Saat 19:00-a olan məlumata görə, seçkilərdə aktivlik 76,73 faiz olub. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
 
Onun sözlərinə görə, ölkə üzrə 4971032 nəfər səs verib.

17:41
Saat 17:00-a olan məlumata görə, seçkilərdə aktivlik 70,85 faiz olub. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
 
Onun sözlərinə görə ölkə üzrə 4590075 nəfər səs verib.
 
15:40 
Saat 15:00-a olan məlumata görə, seçkilərdə aktivlik 60,54 faiz olub. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
 
Onun sözlərinə görə ölkə üzrə 3922187 nəfər səs verib.
 
12:33
Saat 12:00 olan məlumata görə seçkilərdə aktivlik 38,57% olub. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
 
10:50
Növbədənkənar prezident seçkilərində 19,44% seçici səs verib. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

GUAM Parlament Assambleyası növbədənkənar prezident seçkilərində hər hansı pozuntuya rast gəlməyib. Bunu GUAM təşkilatının baş katibi Altay Əfəndiyev  bildirib.

"Bir necə seçki məntəqəsində prosesləri müşahidə etmişik. Hər hansı neqativ hal ilə qarşılaşmamışıq.Hesab edirik MSK seçki prosesini düzgün qurub.Bizim təşkilat tərəfindən hər hansı pozuntu aşkar edilməyib",- təşkilat sədri seçkilərdən sonra mətbuat konfrasında çıxışı zamanı deyib.

Prezident seçkilərinin ilkin exit poll nəticələrinə görə İlham Əliyev 93% səslə seçkilərin qalibi seçilib.
Onun sözlərinə görə, saat 10:00-a olan məlumata görə ölkə üzrə 1259371 nəfər səs verib.
 
Gün ərzində səsvermənin aktivliyi ilə bağlı məlumatlar  saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da yeniləcək. 
 
Səsvermə saat 19:00-da bitəcək. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM