MSK ilk dəfə səs verənlər üçün "xüsusi təbrik kartı" hazırlayıb

16:40 | 29.08.2024
MSK ilk dəfə səs verənlər üçün

MSK ilk dəfə səs verənlər üçün "xüsusi təbrik kartı" hazırlayıb

Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar Parlament seçkilərdə ilk dəfə səs verəcək şəxslər üçün "xüsusi təbrik kartı" hazırlayıb. Bu barədə Mərkəzi Seçki Komissiaysının sədrinin müavini Rövzət Qasımov bildirib. 
 
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək şəxslərin sayı 51 min 141 nəfər olacaq.
 
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 6 421 073 nəfərin səs vermək hüququ olacaq.
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM