MSK ölkənin rəqəmsallığına görə 4-5 il geridə qalıb - Osman Gündüz

17:48 | 08.02.2024
MSK ölkənin rəqəmsallığına görə 4-5 il geridə qalıb - Osman Gündüz

MSK ölkənin rəqəmsallığına görə 4-5 il geridə qalıb - Osman Gündüz

Mərkəzi Seçki Komissiyası ölkənin rəqəmsallığına görə 4-5 il geridə qalıb. Bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidentiOsman Gündüz deyib.

"Dünyadakı vəziyyəti kənara qoyuram. Aazərbaycan daxilində vəziyyətə görə MSK 4-5 il geridə qalıb. Qazaxıstan, Gürcüstan, Ermənistanda elektron səs vermək üçün pilot layihələr var. Amma bizdə hələ də kağızla iş görürlər. Daxili İşlər Nazirliyinin "e-polis" platforması varsa bu sistemdən istifadə etmək olardı.Dövlət rəqəmsallaşmaq üçün milyonlar ayırır. Təhsil nazirliyi məktəbləri fiberoptiklə təmin edib. Bu qədər şərait yaradılıb, amma nəticə yoxdur",- Osman Gündüz fevralın 8 -də Seçki Müşahidə və Təhlil Qrupu koalisiyasının seçki ilə bağlı ilkin nəticələrini açıqlayarkən deyib.

Osman Gündüz bildirib ki, MSK təkliflər versə də, heç bir nəticə olmayıb.
 
 "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, MSK-da mütləq şəkildə islahatlar aparılmalıdır.

 
Koalisiya Üç ictimai birliyin yaratdığı koalisiyadır. "Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”, "Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, "Multimedia” İnformasiya sistemləri və Texnologiyaları Mərkəzininin 20 dekabr 2023-cü il tarixdə yaratdıqları "Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM