Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri üçün növbəti 8 nəfərin namizədliyini təsdiqləyərək namizədlərin siyahını 15-ə çatıdırıb. Bu barədə Report məlumat paylaşıb.
Belə ki, özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə Mərkəzi Seçki Komissiyası dekabrın 26-da seçkilərdə iştirakları ilə bağlı qərar qəbul edib.
Bununla da seçkidə namizədlərin siyahısı 15-ə çatıb.
2024-cü il fevralın 7-də prezidentin sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçrilməsi təsdiq olunub.
Bundan əvvəl 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Qurtuluş Partiyasının sədri Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirakı təsdiqlənib.
Hələlik Prezident seçkiləri ilə bağlı Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.
Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !