MSK sədri "5-ci kalon"haqda: "Ayıq-sayıq olmalıyıq"

13:37 | 20.10.2015
MSK sədri

MSK sədri "5-ci kalon"haqda: "Ayıq-sayıq olmalıyıq"

"Müəyyən qüvvələr bəzi seçicilərin narazılığından istifadə etməyə çalışırlar”.

AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib.

MSK sədrinin sözlərinə görə, bu gün başqa ölkələrin daxili işlərinə müdaxilə etmək üçün hərbi güc deyil, daha çox `beşinci kolon` və seçki prosesinin tənqid edilməsindən istifadə edilir: "Biz sayıq olmalıyıq və ölkədə müəyyən şəxslərin xarici qüvvələrin təsiri altına düşməsinə imkan verməməliyik, həmçinin, onların xarici dairələrin maraqlarını təmin edən bir vasitəyə çevrilməsinin qarşısını almalıyıq”.

MSK sədri deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərə də çağırış edib: "Xaricdə təhsil alan azərbaycanlı gənclərdə də ayıq-sayıq olmalıdırlar. Ölkənin gələcəyi və suverenliyi yeni nəsilin necə formalaşmasından asılıdır. Xarici qüvvələr tez-tez xalqların tarixində yaranan çətin dövrlərdən istifadə edir, gənc nəslə təsir göstərməyə çalışır və ölkənin daxili işlərinə qarışmağa cəhdlər edirlər”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM