MTK-lar su çənlərinin vaxtında yuyulmasını təmin etmir - Səhiyyə Nazirliyinin rəsmisi

13:06 | 28.02.2024
MTK-lar su çənlərinin vaxtında yuyulmasını təmin etmir - Səhiyyə Nazirliyinin rəsmisi

MTK-lar su çənlərinin vaxtında yuyulmasını təmin etmir - Səhiyyə Nazirliyinin rəsmisi

Yaşayış binalarında su anbarlarının yuyulması vaxtında təmin edilmir. Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Eldar Abdullayev deyib. 
 
"Təlimatlara görə su anbarlarının ildə bir dəfə yuyulması nəzərdə tutulub. Lakin bu təmin edilmir. MTK-lar sahibkarlıq subyekti olduğu üçün monitorinq aparılması mümkün deyil. Lakin şikayətlər olduğu halda bu yoxlamalar aparıla bilər. Həmçinin məktəb və bağçalarda su a=çənlərinin yuyulması Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan məsələdir", - Abdullayev fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə çıxışında bildirib.
 
 Gülnar Nazimqızı 
 
 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM